manera.az
manera.az

Ankarada Müstəqilliyin Bərpası Günü qeyd olunub - FOTOlar

Ankarada Müstəqilliyin Bərpası Günü qeyd olunub - FOTOlar

Ankarada 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü və dahi Azərbaycan şairi, böyük ədib və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi münasibətilə mərasim təşkil olunub.

Azərbaycanın Türkiyədəki səfirliyi, UNESCO üzrə Azərbaycan və Türkiyə milli komissiyalarının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər - səfirlər, deputatlar, o cümlədən Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun və Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın rəhbərliyi ilə Ankarada səfərdə olan nümayəndə heyətləri iştirak ediblər.

Mərasimin rəsmi hissəsində Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Sərdar Canın, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovun və UNESCO üzrə Türkiyənin Milli Komissiyasının sədri vəzifəsini icra edən Dəniz Çakarın çıxışları dinlənilib.

Sonra tədbir maraqlı musiqi proqramı ilə davam edib.

Azərbaycanın Xalq artisti Mənsum İbrahimov rəngarəng repertuarı və ecazkar səsi ilə səhnəni fəth edib. Xanəndəni Azərbaycanın Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Kamran Kərimov (nağara) və Pərviz Fərhadov (kamança) müşayiət ediblər.

Konsertin ikinci pərdəsində solistlər Demet Gürhan və Xosrov Hakan Amiri pianoda Gülər Dəmirova müşayiət edib.

Ankarada Müstəqilliyin Bərpası Günü qeyd olunub - FOTOlar
Ankarada Müstəqilliyin Bərpası Günü qeyd olunub - FOTOlar
Ankarada Müstəqilliyin Bərpası Günü qeyd olunub - FOTOlar
Ankarada Müstəqilliyin Bərpası Günü qeyd olunub - FOTOlar
Ankarada Müstəqilliyin Bərpası Günü qeyd olunub - FOTOlar


Baxış sayı - 800 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031