manera.az
manera.az

Türkiyədə yeni qazıntı: Göbəklitəpədə tarixin izləri axtarılır

📅 14.08.2026 10:33

Türkiyədə yeni qazıntı: Göbəklitəpədə tarixin izləri axtarılır

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ölkənin Şanlıurfa vilayətində yerləşən və təxminən 12 min il əvvələ aid edilən dünyanın ən qədim monumental arxeoloji abidələrindən biri olan Göbəklitəpənin şimal hissəsində ilk dəfə qazıntı işlərinə başlanıldığını açıqlayıb.

“Gələcəyə miras” layihəsi çərçivəsində aparılan səth araşdırmaları və geomagnetik ölçmələr yeni ərazidə iri ictimai tikililərin, dördbucaqlı planlı strukturların və daxmaların ola biləcəyini göstərir.

Qazıntılar yeni sahə ilə yanaşı, bəzi ərazilərində də paralel davam edir. Tədqiqatlar nəticəsində Göbəklitəpənin eramızdan əvvəl VIII minilliyə aid ikinci mərhələsinə aid dördbucaqlı tikililər üzə çıxarılıb.

Nazir Ersoy bildirib ki, Göbəklitəpənin müxtəlif hissələrində qazıntı, bərpa və mühafizə işləri kompleks şəkildə aparılır. Yeni qazıntı sahələrini nəzərə alaraq yenilənən piyada yollarının da yaxın zamanda ziyarətçilərin istifadəsinə açılması planlaşdırılır.


Baxış sayı - 20 | Yüklənmə tarixi: 14.08.2026 10:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31