manera.az
manera.az

Türkiyənin Konya şəhərində Azərbaycan mədəniyyət və ədəbiyyat həftəsi keçiriləcək

Türkiyənin Konya şəhərində Azərbaycan mədəniyyət və ədəbiyyat həftəsi keçiriləcək

09.07.2024 MANERA.AZ

Azərbaycanın böyük şairi Məhəmməd Füzulinin doğumunun 530 illiyi ilə əlaqədar Konyada Azərbaycan "mədəniyyət və ədəbiyyat həftəsi" qeyd ediləcək

MANERA.AZ xəbər verir ki, Türkiyədəki Azərbaycan səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin müdiri Samir Abbasov, Konya Bölgə Mədəniyyət və Turizm Müdiri Mehmet Yünden ilə görüşüb. Görüşdə ölkələrimiz arasında hər sahədə yüksək səviyyəli əlaqələrə diqqət çəkilib, mədəniyyət sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Tarixən zəngin və mədəniyyətin beşiyi olan Konya şəhəri ilə Azərbaycanın bölgələri arasında əməkdaşlıq qurulması, "Qardaş şəhərlər" anlaşmasının imzalanması, Azərbaycanın mədəniyyətinin Konyada tanıtım layihələrinin həyata keçirilməsi, bu ilin payızında Konya Səlcuq Universitetində "Azərbaycan mədəniyyət və ədəbiyyat həftəsi" çərçivəsində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi münasibətilə beynəlxalq konfrans, miniatür yarışması və sərgisi ilə digər ortaq tədbirlərin təşkili layihələri müzakirə olunub və bu istiqamətdə işlərin aparılması qərara alınıb.

Bundan əlavə Azərbaycan Mədəniyyət Mərkəzinin müdiri Samir Abbasov Konya Mövlana Muzeyinin müdiri Dr. Naci Bakırcı ilə tanış olub.

Görüşdə Konyadakı Mövlana Muzeyinin Azərbaycan muzeyləri ilə əməkdaşlığı, muzeyin əl yazmaları kitabxanasında saxlanılan Azərbaycanla bağlı dəyərli əl yazmalarının müzakirəsi, gələcəkdə muzeydə saxlanılan unikal əl yazmaları üzərində tədqiqat aparılması və onların kataloqunun hazırlanması məsələsində razılığa gəlinib.

Tərəflər bu ilin payızında Konyada keçiriləcək "Azərbaycan Mədəniyyət və Ədəbiyyat Həftəsi" çərçivəsində həmin qədim və nadir əl yazmalarının muzeydə sərgilənməsi məsələsində razılığa gəliblər.

Sonra Mövlana Muzey Kompleksində araşdırmalar aparılıb.

Muzey müdiri Dr. Dr. Naci Bakırcı Samir Abbasova muzey kompleksində aparılan bərpa işləri barədə məlumat verib. Türkiyənin irəli səviyyəli bərpa təcrübəsinin Azərbaycanla paylaşılması və bu sahədə əməkdaşlıqlar müzakirə edilib. Dr. Naci BAKIRCI Mövlana Muzey Kompleksini ildə 4 milyondan çox turistin ziyarət etdiyini vurğulayaraq muzeydəki əsərləri və guşələri tanıdıb.

Görüşdə gələcək əməkdaşlıq mövzuları müzakirə edilib.

Şəhla Aslan,
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
293031