manera.az
manera.az

İki qardaş ölkənin dövlət bayraqları Təkaltı dağının zirvəsində

İki qardaş ölkənin dövlət bayraqları Təkaltı dağının zirvəsində
Türkiyənin Təkaltı dağının zirvəsində Azərbaycan-Türkiyə dövlət bayraqları dalğalandı.


Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçirilib. Yürüşə rəsmi şəxslər, o cümlədən yerli ictimaiyyətin nümayəndələri, QHT və KİV təmsilçiləri qatılıblar.

Türkiyənin şərq bölgəsində yerləşən İğdır vilayətinin Tuzluca qəsəbəsində yerləşən Təkaltı dağının zirvəsində Azərbaycan-Türkiyə dövlət bayraqları dalğalandı.

Yürüş İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşəbbüsü, İğdır Valiliyi ilə Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi əsasında 1918-ci ildə Bakının bolşevik-daşnak işğalından azad olunmasının 101-ci ildönümü münasibətilə təşkil olundu.

Yürüşçülər Azərbaycan və Türkiyənin dövlət bayraqlarını, həmçinin Milli Qəhrəman Mübariz İbrahimovun portretini Ağrıdağı Dağçılıq və Təbiət İdman Növləri Klubu tərəfindən simvolik olaraq Milli Qəhrəman Mübariz İbrahimovun adı verilən zirvəyə qaldırdılar. Zirvədə Mübariz İbrahimovun portreti ilə yanaşı, dövlət bayraqlarımız Təkaltı dağın zirvəsində dalğalandı.

Qeyd edək ki, Tuzluca qəsəbəsindən Təkaltı dağına gedən yol Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyır.

Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev açıqlamasında bildirdi ki, Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən bu yürüş mənəvi birlik rəmzidir.

Yürüşçülər arasında yer alan Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç diqqətə çatdırdı ki, tədbirin 1918-ci ildə Bakının bolşevik-daşnak işğalından azad olunmasının 101-ci ildönümünə həsr olunması bir daha göstərir ki, iki xalqın qardaşlığı və dostluğu əbədi və sarsılmazdır.

İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar əminliklə ifadə etdi ki, bu kimi həmrəylik yürüşləri gələcəkdə də ardıcıl şəkildə davam edəcək.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930