manera.az
manera.az

Türkiyənin Ədliyyə naziri Akın Gürlekdən "Terrorsuz Türkiyə" prosesi ilə bağlı mühüm açıqlamalar verib

📅 07.08.2026 10:42

Türkiyənin Ədliyyə naziri Akın Gürlekdən "Terrorsuz Türkiyə" prosesi ilə bağlı mühüm açıqlamalar verib
Türkiyənin Ədliyyə naziri Akın Gürlek Türkiyə İnternet Jurnalistikası Dərnəyinin (TİGAD) İğdır şəhərində təşkil etdiyi "Rəqəmsal Media Çalıştayı" çərçivəsində jurnalistlərlə görüşərək onların suallarını cavablandırıb.

Nazir "Terrorsuz Türkiyə" prosesi ilə bağlı mətbuat nümayəndələrinin dəstəyinin vacibliyini vurğulayaraq, ictimaiyyətin böyük əksəriyyətinin bu təşəbbüsü dəstəklədiyini bildirib. Onun sözlərinə görə, qanun layihəsi PKK/KCK terror təşkilatının tamamilə ləğv olunması və silahlı qrupların fəaliyyətinə son qoyulmasından sonra qüvvəyə minəcək.

Akın Gürlek qeyd edib ki, qəsdən adam öldürmə cinayətlərində iştirak etmiş və ya bu əməllərə görə mühakimə olunan terror təşkilatı üzvləri sözügedən qanundan yararlana bilməyəcəklər. O vurğulayıb ki, "Şəhid ailələrini və qaziləri incidəcək hər hansı tənzimləmə etmədik, etməyəcəyik. Bu qanunla onların başını aşağı salacaq heç bir addım atmırıq."

Nazir bildirib ki, prosesin əsas şərtlərindən biri terror fəaliyyətinin tam dayandırılması və terrorçuların sığınacaqları tərk etməsidir.

Görüş zamanı Akın Gürlek Ədliyyə Nazirliyində süni intellekt əsaslı infrastrukturun yaradıldığını da açıqlayıb. Onun sözlərinə görə, yeni texnologiyalar cinayətlərin, o cümlədən vaxtilə açılmamış cinayət işlərinin araşdırılmasında mühüm rol oynayacaq. Gürlek əlavə edib ki, keçmişdə vəzifəsini qəsdən yerinə yetirməyən dövlət məmurları məsuliyyətə cəlb olunub və əsas məqsəd cinayətlərin açılmasıdır.

Ədliyyə naziri həmçinin "Terrorsuz Türkiyə" prosesi ilə bağlı yayımlara nəzarət sahəsində RTÜK-ə əlavə səlahiyyətlərin verilə biləcəyini də istisna etməyib.


Baxış sayı - 27 | Yüklənmə tarixi: 07.08.2026 10:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31