manera.az
manera.az

Türkiyədə Əhməd bəy Ağaoğlunun irsinə həsr olunmuş yeni nəşr işıq üzü görüb

Türkiyədə Əhməd bəy Ağaoğlunun irsinə həsr olunmuş yeni nəşr işıq üzü görüb

“Türkiyədə tanınmış azərbaycanlıların izi ilə” layihəsi çərçivəsində Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitabı nəşr olunub.

Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin “Türkiyədə tanınmış azərbaycanlıların izi ilə” layihəsi çərçivəsində Azərbaycan-Türkiyə ictimai fikir tarixinin önəmli simalarından olan Əhməd bəy Ağaoğlu haqqında araşdırma və nəşr layihəsi həyata keçirilib.

Layihə çərçivəsində Azərbaycan və Türkiyənin tanınmış ictimai xadimi, mütəfəkkir, yazıçı, hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun indiyədək araşdırılmayan və çap olunmayan elmi-ədəbi məqalələri, xatirələri, memuarları, gündəlik qeydləri, onunla bağlı müsahibələr və arxiv materialları əsasında “Doğu ile Batı arasında bir mütefekkir: Ahmet Ağaoğlu” adlı kitab Türkiyə türkcəsində nəşr edilib.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, kitabı nəşrə azərbaycanlı tarixçi və araşdırmaçı, dosent Dilqəm Əhməd hazırlayıb.
Nəşrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncamda yer alan dəyərləndirmələrə də yer verilib. Sərəncamda Əhməd bəy Ağaoğlunun milli oyanış hərəkatındakı rolu, müasirləşmə ideyalarının ardıcıl müdafiəçisi olması və Azərbaycan maarifçiliyinə verdiyi töhfələr xüsusi vurğulanır.

Nəşrdə Əhməd bəy Ağaoğlunun şəxsi arxivindən sənədlər və fotoşəkillər də ilk dəfə oxuculara təqdim olunur. Kitab, onun həyat və yaradıcılığını daha dərindən öyrənmək istəyənlər, eləcə də tarix və mədəniyyət məsələlərinə fərqli baxış axtaran oxucular üçün mühüm mənbədir.

Kitabın Türkiyədə universitetlərdə geniş təqdimatının keçirilməsi, eləcə də aparıcı ali məktəblərə və kitabxanalara hədiyyə olunması nəzərdə tutulur.

Qeyd edək ki, Şuşada doğulan Əhməd bəy Ağaoğlu Azərbaycan ictimai fikir tarixində maarifçilik, millilik və modernləşmə ideyalarını birləşdirən qabaqcıl mütəfəkkir kimi xüsusi yer tutur. O, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün yaxın silahdaşlarından biri olmuş, Anadolu Agentliyinin ilk idarə heyətinə rəhbərlik etmiş, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin və Türkiyə Böyük Millət Məclisinin II və III çağırışlarında millət vəkili kimi fəaliyyət göstərmişdir.

Məhəmməd,
Manera.az



Baxış sayı - 275 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
232425262728