Yaradıcılıq fakültəsi Misir Mədəniyyət Mərkəzində - MANERA.AZ
![]()
MANERA.AZ
Bu gün Misir Mədəniyyət Mərkəzi BSU-nun Yaradıcılıq fakültəsinin dinləyiciləri ilə görüş keçirilib.
MANERA.AZ xəbər verir ki, görüşdə əvvəlcə qonaqlara Misirin mədəni həyatından bəhs edən kiçik video-çarx göstərilib.
Daha sonra Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami çıxış edərək qonaqlara Misir-Azərbaycan əlaqələrindən danışıb. O, bildirib ki, Misir Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdəndir. Azərbaycanla mədəni əlaqələrimiz 15 ildən artıqdır ki, davam edir. Biz Azərbaycanın mədəni həyatında yaxından iştirak etmək, o cümlədən sizin mədəniyyəti öz ölkəmizdə təbliğ etmək istəyirik.
Həmçinin Əhməd Sami qeyd edib ki, yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri onun tərcüməsində ərəb dilinə çevrilərək Misirdə çap edilib. Bununla yanaşı Dünya şöhrətli Misir yazıçısı Nəcib Məhfuzun da bir sıra əsərləri onun və o cümlədən başqa tərcüməçilərin sayəsində Azərbaycan dilinə çevrilib.
Görüşdə Yaradıcılıq fakültəsinin dekanı Qismət Rüstəmov çıxış edərək öncə Əhməd Samiyə dəvət üçün minnətdarlıq edib.
Daha sonra Q. Rüsmətov mədəniyyətin başqa sahələrində əlaqələrin inkişafı barədə öz təkliflərini irəli sürüb.![]()
O qeyd edib ki, Azərbaycan yazarlarının şeirlərini, hekayələrini ərəb dilinə tərcümə edib Misir mətbuatında, Misir ədəbiyyatı nümayəndələrinin əsərlərini də Azərbaycan dilinə tərcümə edib bizim dərgilərdə çap etmək hər iki ölkənin ədəbiyyatının inkişafında müsbət addım olar. Həmçinin gələcəkdə yazarlarla görüşlər, Azərbaycan yazarlarının Beynəlxalq Qahirə Kitab Sərgisində iştirakı və başqa layihələr həyata keçirmək olar.![]()
Görüşün sonunda Əhməd Sami qonaqları mərkəzin kitabxanası ilə tanış edib, onlara mərkəzin ərəb dili tədrisi və başqa fəaliyyət sahələri barədə danışıb.
Görüşün sonunda xatirə şəkilləri çəkdirilib.![]()
![]()
MANERA.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.