manera.az
manera.az

Ərəb dilində kitabların elektron versiyası | MANERA.AZ

Ərəb dilində kitabların elektron versiyası  | MANERA.AZ
manera.az
Cari ilin fevralında Bakıdakı Misir Mədəniyyət Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olan zaman bu iki qurum arasında əməkdaşlığın yaradılması ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Bu əməkdaşlığın nəticəsi kimi Misir Mədəniyyət Mərkəzi ərəb dilində beş min adda kitabın elektron versiyasını Əlyazmalar İnstitutuna hədiyyə edib. Həmin kitablar islam tarixinə və ərəb ədəbiyyatına dair əsərlər, eləcə də ayrı-ayrı ensiklopediyalar və poeziya toplularıdır.

Təqdim olunan nəşrlər arasında ərəb mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi Cübran Xəlil Cübranın ingilis dilində yazdığı əsərlərinin ərəb dilinə tərcümələri, eləcə də Avropa ədəbiyyatından bir sıra digər tərcümələr də var.

Hazırda Əlyazmalar İnstitutunda həmin kitabların elektron bazasının yaradılması prosesi həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31