Aktivist Rəssamlar Assosasiyasının bir qrup üzvləri Qazaxıstanda yaradacılıq səfərində olub
Çukurova Ədəbiyyatçılar Dərnəyinin, TÜRKSOY-un və Qazaxıstan Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən X Kültür və Sənət Festivalı çərçivəsində sənətçilərin iştirakı ilə müxtəlif sərgilər təşkil olunub. Festival Qazaxıstanın Almatı şəhərində gerçəkləşib.
MANERA.AZ xəbər verir ki, tədbir çərçivəsində Almatı Rəssamlıq Kollecinin tələbə və müəllim heyəti ilə görüşlər keçirilib, qarşılıqlı fikir mübadilələri aparılıb. Sərgidə iştirak edən rəssamlarla yanaşı, fotoqraf Aydın Mehdiyevin Azərbaycanın füsunkar təbiətini əks etdirən fotoları da böyük maraq doğurub və xüsusi diqqət mərkəzində olub.
Festival çərçivəsində nümayiş etdirilən əsərlər yüksək qiymətləndirilib. Sənətçilərin fəaliyyətləri təqdir edilərək onlar “Turan Birliyi” medalı ilə təltif olunublar.
Qrupun rəhbəri, rəssam Nəvai Metinin verdiyi məlumata görə, bu cür səfərlərin və sənət tədbirlərinin gələcəkdə də Orta Asiya ölkələrində ardıcıl şəkildə davam etdirilməsi planlaşdırılır.