manera.az
manera.az

Aktivist rəssamlar qrupu görüş keçirilib MANERA.AZ

Aktivist rəssamlar qrupu görüş keçirilib MANERA.AZ

Uluslararası Aktivist Sənətçilər Birliyi (UASB) və Uluslararası Qadın Rəssamlar Birliyinin üzvlərindən ibarət aktiv rəssamlar qrupunun Sumqayıt Dövlət Rəsm Qalereyasında şəhərdəki yaradıcılıq birliklərinin üzvləri və ictimaiyyət nümayəndələri ilə görüşü keçirilib.

MANERA.AZ-ın məlumatına görə, görüşün keçirilməsində məqsəd UASB ilə Sumqayıt rəssamlarının birgə əməkdaşlığına nail olmaq və onların xarici ölkələrdə tanıdılmasına təkan verməkdir.

Tədbiri giriş sözü ilə açan şair İbrahim İlyaslı UASB haqqında məlumat verib. Bildirib ki, birliyin həyata keçirdiyi “Yurdumuzu qarış-qarış gəzək” layihəsinin burada gerçəkləşməsi Sumqayıt mənzərələrinin rəssamların əsərləri vasitəsilə ölkə hüdudlarından kənarda tanıtmasına xidmət edəcək.

Birliyin sədri, tanınmış rəssam Nəvai Metin çıxışında rəhbərlik etdiyi qurumun əsas şüarının sülh, sənət və sevgi olduğunu bildirib. O, daha sonra Azərbaycanda təşkil olunan sərgilərlə xarici ölkələrdə təşkil olunan sərgilərin fərqli cəhətlərindən söz açıb. Qeyd edib ki, Azərbaycanda keçirilən fərdi sərgilər rəsmi xarakter daşıyır. Lakin, Türkiyədə fərdi sərgisi təşkil olunan rəssam sərgi zamanı canlı rəsm çəkir ki, bu da tamaşaçılar tərəfindən daha təbii qarşılanır. Rəssam bu ənənənin qardaş Azərbaycanda da tətbiqinin vacibliyini vurğulayıb.
Aktivist rəssamlar qrupu görüş keçirilib MANERA.AZ
Sənətşünas Ziyadxan Əliyev müstəqil ölkəmizin rəssamlıq sənətini sovet Azərbaycanının rəssamlıq sənəti ilə müqayisə edərək bildirib ki, əvvəl rəssamlara lazım olan azadlıq yox idi, indi isə bu var, lakin keyfiyyət məsələsi arxa plandadır. Bu problemin aradan qaldırılması üçün rəssamlar öz üzərlərində ciddi işləməlidirlər.

Görüşdə, həmçinin Azərbaycan Rəssamlar İttifaqının Sumqayıt bölməsinin yaradılması təklif olunub.

Sonda dərnəyin üzvü Nahid Hüseynov “Balaca aktivist” mükafatına layiq görülüb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031