Aktiv rəssamlar Türkiyədə rəsm festivalında - MANERA.AZ

UASB-nin Azərbaycan təmsilçiliyinin mətbuat xidmətinin rəhbəri Günay Həsənlinin MANERA.AZ-a verilən məlumata görə, 5-11 dekabr 2015 tarixdə Türkiyənin Kuşadası bölgəsində uluslararası rəsm festivalı keçirilib.
Festivalda 20 ölkədən 46 rəssam iştirak edib. Kuşadası bələdiyyəsinin, Belmare otelin dəstəyi və UASB -nin təşkilatçılığı ilə keçirilən bu festivalda ölkəmizi 7 nəfərlik qrup təmsil edib. "Savaşa inad" sanat devizi ilə keçirilən bu festivalda dilindən, dinindən asılı olmayaraq bütün sənətçilər sevincli günlər yaşayıb. Sənətin və sevginin vəhdətini anladıblar. UASB genel başkanı Ümit Yaşarın, Kuşadası bələdiyyə başkanı Özər Kayalının və başqa təşkilatçıların çıxışlarında Azərbaycana xüsusi olaraq bəslənən qardaş sevgisi açıq şəkildə sezilib. Festivalın açılış mərasimində UASB-nin Azərbaycan təmsilçiliyinin fəallığını vurğulayan başkan Ümit Yaşar Işıkhan təmsilçilyin son zamanlar keçirdiyi "Yurdumuzu qarış -qarış gəzək" adlı projesini bəyəndiyini və bu projenin gələcəkdəki dəyərini və təmsilçiliyin digər ölkə təmsilçiliklərinə örnək olduğunu bildirməklə Azərbaycan təmsilçiliyi rəhbərliyinə təşəkkürünü bildirib. Azərbaycan təmsilçisi Nəvai Metinə UASB -nin özəl qələmi və döş nişanı təqdim edilib. Azərbaycan Təmsilçisi Nəvai Metin Ümit Yaşara və festival təşkilatçılarına təşəkkürünü bildirib və gələcəkdə də bu cür tədbirlərin keçiriləcəyini bildirib.![]()
Nəvai Metin: -"Bu festival da əvvəl keçirilən festivallar kimi yaddaqalan oldu. Festival ərəfəsində maraqlı hadisələr də oldu. Məsələn: İsraildən və Fələstindən gələn sənətçilərin iştirakçılar qarşısında əl tutmaları, simvolik barışıq elan etmələri təbii ki, çox maraqlı idi. Bələdiyyə başkanı Özər Kayalı ilə görüşümüz oldu. Daha əvvəldən tanış olduğumuzdan görüşümüz səmimi alındı. Özər bəydən mərhum şairimiz,dostum Akif Səmədin adını əbədiləşdirmək üçün Kuşadasında onun adına bir küçə verilməsini xahiş elədim. Özər bəy xahişimi nəzərə alaraq küçə deyil, ama bir kültür parkına şair Akif Səmədin adının verilməsini vəd etdi. Bu təbii ki, təmsilçilik olaraq bizi sevindirən hadisə idi. Radioda qonaq olduq, qəzet səhifələrində informasiyalar dərc olundu. Yəni festivalda keçirdiyimiz hər günümüz gözəl dəyərləndirildi.
Sənətçilər bir daha barışın və sevginin tərəfində olduqlarını nümayiş etdirdilər. Festival təşkilatçıları tərəfindən müəyyən təkliflər aldım. Yəni ümumilikdə festival səmərəli keçdi. Festival bitdikdən sonra İzmir və Ankara şəhərlərində gəzintimiz oldu.Qrup üzvləri Atatürkün və M.Ə.Rəsulzadənin məzarlarını ziyarət etdilər."
Azərbaycanı təmsil edən rəssamlar bu festivalın təşkilindən və gedişindən razı qaldıqlarını bildiriblər.