manera.az
manera.az

Misir Azərbaycan rəssamlarının gözü ilə... - Müsabiqə

📅 17.10.2017 22:53

Misir Azərbaycan rəssamlarının gözü ilə... - Müsabiqə
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi arasındakı əməkdaşlığa əsasən "Misir gənc Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgi-müsabiqə keçirilməsi elan olunur.

MANERA.AZ xəbər verir ki, sərgidə 16-30 yaş arası gənc rəssamlar iştirak edə bilərlər. Hazırlanmış işlər 30 noyabr 2017-ci il tarixinədək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Beynəlxalq Əlaqələr və Əcnəbilər üçün Hazırlıq Şöbəsinə təhvil verilməlidir. Qaliblər Misirə səyahətlə mükafatlanırılacaq və bütün iştirakçılara sertifikat veriləcəkdir. Həmçinin Misirin Qahirə şəhərində seçilmiş işlərdən ibarət sərgi baş tutacaq və bir qrup rəssamın Misirə səfəri təşkil olunacaqdır.

Əlavə məlumat üçün:

Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin
Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi (+99412) 561 12 17

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (+99412) 5676603


Baxış sayı - 1 829 | Yüklənmə tarixi: 17.10.2017 22:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031