manera.az
manera.az

İxtisas seçiminin müddəti uzadıldı

📅 28.08.2022 17:10

İxtisas seçiminin müddəti uzadıldı
Ali təhsil müəssisələrinə ixtisas seçiminin müddəti uzadılıb.

Bu barədə MANERA.AZ-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib. Bildirilib ki, ixtisas seçiminin müddəti 29 avqust saat 9:00-da başa çatacaq.

Bu gün saat 19:30-a olan məlumata görə, 65994 abituriyent ixtisas seçib. I qrup üzrə 22212, II qrup üzrə 14457, III qrup üzrə 17520, IV qrup üzrə 5152, V qrup üzrə isə 10427 nəfər ixtisas seçimi edib.

Qeyd edək ki, ixtisas seçimi 28 avqust 23:59-da başa çatmalı idi.

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri elan olunandan sonra 11 illik bazada kolleclərə ixtisas seçimi başlayacaq.


Baxış sayı - 400 | Yüklənmə tarixi: 28.08.2022 17:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031