Kitabxana əməkdaşları üçün növbəti təlim
Aprelin 10-da Gəncə şəhərində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Azərbaycan Milli Kitabxanasının tərəfdaşlığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə yeni tədris modulları əsasında növbəti təlim təşkil olunacaq.
MEMİM-dən MANERA.AZ-a bildirilib ki, Gəncə şəhəri və ətraf rayonları əhatə edəcək təlim kitabxana sahəsində çalışanların peşəkar inkişafına töhfə verəcək, onların müasir kitabxana idarəçiliyi və rəqəmsal resurslardan istifadəsini təmin edəcək.
Təlimdə “İnnovativ metodlar və informasiya texnologiyalarının kitabxana işinə tətbiqi” və “KOHA Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sisteminin kitabxanalarda tətbiqi” mövzularında təqdimatlar nəzərdə tutulub.