manera.az
manera.az

"Gəzən kitabxana" bölgələrdə...

📅 14.10.2016 15:30

"Gəzən kitabxana"  bölgələrdə...

“Gəncə-2016 Avropa Gənclər Paytaxtı” proqramı çərçivəsində Gəncədə “Gəzən kitabxana III” layihəsinin icrasına start verilib. Layihə Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə həyata keçirilir.

ATGTİ-dən MANERA.AZ-a bildiriblər ki, layihənin açılış mərasimində Gəncə şəhər gənclər və idman baş idarəsinin rəisi Müşfiq Cəfərov, şəhər icra hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kənan Məmmədov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşkilat şöbəsinin müdiri İsmayıl İsmayılov və YAP Gəncə şəhər təşkilatı gənclər birliyinin sədri Turan Məmmədzadə çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.

İlin sonunadək davam edəcək layihə çərçivəsində Gəncədə səyyar kitabxana oxucuların istifadəsinə verilir. Zənginləşdirilmiş kitab fonduna və yenilənmiş elektron kitab bazasına malik olacaq “Gəzən kitabxana”nın Gəncə ilə yanaşı, Şəmkirdə də təşkili nəzərdə tutulub.


Baxış sayı - 1 700 | Yüklənmə tarixi: 14.10.2016 15:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930