manera.az
manera.az

Turistlər üçün səyyar kitabxanalar təşkil ediləcək

📅 16.02.2018 12:28

Turistlər üçün səyyar kitabxanalar təşkil ediləcək
Mədəniyyət və Turizm Nazirliyi Qəbələ rayon üzrə pilot layihə çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən oxucu və turistlərlə işin yeni formatlarda təşkilinə həsr olunmuş kitabxana əməkdaşları üçün təlim təşkil edib.

Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev nazirliyin təşəbbüsü ilə icra olunan layihənin əhəmiyyəti haqqında məlumat verib.

Mərkəzdən MANERA.AZ-a bildirilib ki, tədbirdə “Kitabxanalarda müasir xidmətlərin təşkilinə dair tələblər”, “Kitabxanaçıların peşə standartı”, “Oxucularla iş və vaxtın idarə olunması”, “Müasir şəraitdə kitab təbliğinin metodları” və digər aktual mövzularda məruzələr dinlənilib, sonra təlim sual-cavab formatında davam edib.

Qeyd olunub ki, layihə çərçivəsində əhalinin, xüsusilə də turistlərin sıx toplaşdığı məkanlarda səyyar kitabxanaların təşkili nəzərdə tutulub.


Baxış sayı - 1 217 | Yüklənmə tarixi: 16.02.2018 12:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031