manera.az
manera.az

Milli Kitabxanada 10 günlük treninq MANERA.AZ

📅 09.09.2015 11:30

Milli Kitabxanada 10 günlük treninq MANERA.AZ

Regionlarda və Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kitabxanalarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALISA proqramının tətbiqi ilə əlaqədar M.F.Axundzadə adına Milli Kitabxanada 10 günlük treninqlər təşkil olunub.

Kitabxanadan MANERA.AZ-a bildirilib ki, sentyabrın 7-də növbəti treninq işə başlayıb. Ucar, Oğuz, Daşkəsən, Xaçmaz, Zaqatala, Tovuz, Qusar, Astara rayon MKS-ləri və C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının mütəxəssisləri bu treninqdə ALISA-da işləmək vərdişləri ilə yanaşı, MARC 21 formatını öyrənəcəklər.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılışda çıxış edərək treninqin kitabxananın və “Ultra” şirkətinin mütəxəssisləri tərəfindən aparıldığını bildirib, treninqin işinə uğurlar arzulayıb.


Baxış sayı - 2 279 | Yüklənmə tarixi: 09.09.2015 11:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930