manera.az
manera.az

Rektor yeni kitabxana bölməsi yaratdı

📅 22.06.2017 10:45

 Rektor yeni kitabxana bölməsi yaratdı

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdullanın verdiyi tapşırığa əsasən universitetin R.Behbudov küçəsi 134 ünvanında yerləşən əsas binasında kitabxana bölməsi yaradılıb.

Qeyd edək ki, bu, əsas binada təhsil alan tələbələrə, eləcə də professor-müəllim heyətinə ADU-nun Təbriz küçəsində yerləşən tədris korpusundakı kitabxanaya getmədən istənilən kitabı oxuyub geri qaytarmaq şərti ilə əldə etmək imkanı verəcək.

Tələbə və müəllimlərin sifarişinə əsasən kitabxana əməkdaşları sifariş olunan kitabların ən qısa müddətdə əsas binaya çatdırılmasını təmin edəcəklər.

Qeyd edək ki, ADU-nun kitabxanası ildə yeddi minə qədər oxucuya xidmət edir. Kitab fondunda beş yüz mindən artıq ədəbiyyat saxlanılır.
 Rektor yeni kitabxana bölməsi yaratdı



Baxış sayı - 1 710 | Yüklənmə tarixi: 22.06.2017 10:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031