manera.az
manera.az

Kukla Teatrının direktoru beynəlxalq festivala dəvət alıb MANERA.AZ

📅 09.01.2016 15:38

Kukla Teatrının direktoru beynəlxalq festivala dəvət alıb MANERA.AZ
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutu və onun nəzdində fəaliyyət göstərən uşaq incəsənət məktəbinin təşkilatçılığı ilə baş tutacaq İkinci Beynəlxalq “Caz karuseli” adlı beynəlxalq müsabiqənin münsiflər heyətində təmsil olunmaq üçün dəvət alıb.

24-29 fevral tarixlərində baş tutacaq nüfuzlu beynəlxalq müsabiqənin təşkilində məqsəd istedadlı uşaq və gəncləri üzə çıxarmaq və onların fəaliyyətini daha geniş miqyasda təbliğ etməkdir.

Öz ətrafına müxtəlif ölkələrdən yüzlərlə istedadlı uşaq və gənci toplayacaq müsabiqənin münsiflər heyətində Rusiyanın tanınmış incəsənət xadimləri və pedaqoqları təmsil olunacaq.


Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 1 656 | Yüklənmə tarixi: 09.01.2016 15:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930