manera.az
manera.az

“Dörd əkizin nağılı” yenidən səhnədə

📅 18.01.2024 07:33

“Dörd əkizin nağılı” yenidən səhnədə
Yanvarın 21-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bolqar yazıçısı Panço Pançevin “Dörd əkizin nağılı” əsəri əsasında hazırlanan eyniadlı ikihissəli tamaşa nümayiş olunacaq.

MANERA.AZ xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı isə Elşən Sərxanoğludur.

Uşaqlar üçün nəzərdə tutulan tamaşada əsas rolları Elnur Hüseynov, Günel Məmmədova və Kərəm Hadı-zadə ifa edəcək.

Səhnə əsəri dörd əkizin Bonka adlı qıza vurulması və sonradan baş verən əhvalatlardan bəhs edir. Əsərin qayəsini sədaqət, zəhmətsevərlik və düzlük təşkil edir.


Baxış sayı - 307 | Yüklənmə tarixi: 18.01.2024 07:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031