manera.az
manera.az

Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı

📅 07.12.2017 19:19

Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı
Gənc Tamaşaçılar Teatrı həftəsonu maraqlı tamaşalar nümayiş etdirəcək.

MANERA.AZ xəbər verir ki, yaradıcı kollektiv dekabrın 9-da “Dörd əkizin nağılı”, dekabrın 10-da isə “Çəkməli pişik” səhnə əsərlərini azyaşlı tamaşaçılarına təqdim edəcək.

Uşaqlar səhnə əsərlərini müvafiq olaraq saat 12 və 14-də izləyə biləcəklər.

Dekabrın 9-10-da sənət ocağının səhnəsində “Aydın” və “Şeyx Sənan” tamaşaları göstəriləcək.

Səhnə əsərlərində Əməkdar artistlər Leyli Vəliyeva, Vahid Əliyev, Elşən Rüstəmov, Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Nübar Novruzova, Rasim Cəfər, aktyorlar Anar Seyfullayev, Müşfiq Əliyev, Elşən Hacıbabayev, Asya Atakişiyeva, Elnur Hüseynov və digərləri çıxış edəcəklər.


Baxış sayı - 976 | Yüklənmə tarixi: 07.12.2017 19:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031