manera.az
manera.az

Uşaqlar üçün tamaşa nümayiş ediləcək

📅 19.03.2023 11:01

Uşaqlar üçün tamaşa nümayiş ediləcək
Mart ayının 26-da Sumqayıt Dövlət Dram Teatrında “Dəcəl keçi” tamaşası nümayiş olunacaq.

Teatrdan MANERA.AZ-a verilən məlumata görə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı və dramaturq Pərvin Nurəliyevanın “Dəcəl keçi” adlı əsəri əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludır.

Tamaşada rolları Səbinə Məmmədzadə, İlqarə Tosova, Zümrüd Quliyeva, Anar Seyfullayev, Yusif Dadaşov, Eyvaz İbrahimov və Vahid Orucoğlu canlandırırlar.

Qeyd edək ki, kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsərinin əsas ideyası keçinin timsalında xudpəsəndlik, tənbəllik, yalan və lovğalıq kimi mənfi cəhətlərin tənqididir.


Baxış sayı - 541 | Yüklənmə tarixi: 19.03.2023 11:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930