manera.az
manera.az

“Qızıl Ayı” fəxri mükafatı ona veriləcək

📅 22.12.2023 11:14

“Qızıl Ayı” fəxri mükafatı ona veriləcək
2024-cü il fevralın 15-25-də keçiriləcək Beynəlxalq Berlin Kinofestivalında “Qızıl Ayı” fəxri mükafatı laureatının adı indidən məlum olub.

MANERA.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bu mükafata Hollivudun məşhur kinorejissoru, “Göylərin hakimi”, “Pul ovçusu”, “Zindan adası” və “The Irishman” kimi kino aləmində böyük əks-səda doğurmuş filmlərin quruluşçu rejissoru Martin Skorseze layiq görülüb.

Festivala sədrlik edən Karlo Çatrian və Mariette Rissenbek məşhur kinorejissoru “dünyada bənzəri olmayan” kino xadimi adlandırıblar.

Martin Skorsezenin son uğuru aktyorlar Leonardo Di Kaprio, Robert De Niro, Brendan Freyzerin əsas rolları oynadıqları və Kann Film Festivalında premyerası olmuş “Killers of the Flower Moon” filmidir. Bu maraqlı ekran əsəri Oskar mükafatı üçün ən yaxşı namizəd hesab edilir.


Baxış sayı - 318 | Yüklənmə tarixi: 22.12.2023 11:14
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031