manera.az
manera.az

“Qızıl ayı” və “Gümüş ayı”nın sahibləri bəlli olub/ MANERA.AZ

“Qızıl ayı” və “Gümüş ayı”nın sahibləri bəlli olub/ MANERA.AZ


Fevralın 9-dan 18-dək davam edən 67-ci Berlin Beynəlxalq Film Festivalı (“Berlinale 2017”) qaliblərin mükafatlandırılması ilə başa çatdı.

Pol Verxuvenin sədrlik etdiyi festivalın münsiflər heyəti sallaqxanada sevgi, heyvanların intiqamı, konqolu qadın müğənni və suriyalı qaçqınlardan bəhs edən filmləri mükafatlandırıb.

Festivalın əsas mükafatı sayılan “Qızıl ayı” mükafatına “Bədən və ruh” filminə görə macar rejissoru İldiko Enyedi layiq görülüb.

Ən yaxşı rejissor nominasiyasında “Gümüş ayı” mükafatı “Ümidin digər tərəfi” filminə görə finlandiyalı rejissor Aki Kaurismyakiyə təqdim olunub. Bir neçə gün əvvəl kino karyerasını bitirdiyini açıqlayan məşhur rejissor ümumilikdə 18 tammetrajlı film çəkib, onlardan biri (“Keçmişi olmayan adam”) “Oskar” mükafatı qazanıb.

Fransalı rejissor Alen Qomisin «Felisite» ekran əsəri münsiflər heyətinin qərarı ilə Berlin festivalının üçüncü əsas təltifi sayılan “Qran-pri” mükafatına layiq görülüb.

“Ən yaxşı qadın rolu” nominasiyasında mükafatı koreyalı rejissor Xon San-Sunun «Gecə dəniz sahilində yalqız» filmində çəkilən aktrisa Kim Min Xi qazanıb.

Alman rejissoru Tomas Arslanın «Bəyaz gecələr»ində baş rolu ifa edən avstriyalı Georq Fridrix “Ən yaxşı kişi rolu” nominasiyasında mükafata layiq görülüb.

“Ən yaxşı ssenari” nominasiyasında «Fantastik qadın» filmi (rejissor Sebastyan Lelio) qalib gəlib.

Festivalın yaradıcısı Alfred Bauerin xatirəsinə təsis olunan "Ən perspektivli bədii film" nominasiyasında mükafata polşalı rejissor və ssenarist Aqneşka Qollandın «Heyvanın izi» ekran əsəri layiq görülüb.

Xatırladaq ki, “Berlinale” festivalı 1951-ci ildən keçirilir və Avropanın üç ən böyük festivalı (Kann və Venesiya festivalı ilə birgə) sırasına daxildir.

İlona/medeniyyet.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031