manera.az
manera.az

Türk rejissorun filmi “Oskar”a namizəd oldu

📅 11.09.2023 12:23

Türk rejissorun filmi “Oskar”a namizəd oldu
Türkiyənin tanınmış kinorejissoru Nuri Bilge Ceylanın “Quru otlar üstünə” filmi Amerika Kinosənəti Akademiyasının 96-cı mükafatlarına namizədlər sırasında yer alıb.

MANERA.AZ Anadolu agentliyinə istinadla xəbər verir ki, kino sənayesində 15 peşəkar nümayəndənin təmsil olunduğu münsiflər heyəti bu ekran əsərinin “Ən yaxşı beynəlxalq film” nominasiyasında “Oskar”a namizəd göstərilməsinə qərar verib.

“Quru otlar üstünə” filmi Kann Beynəlxalq Kino Festivalında aktrisa Merve Dizdara “Ən yaxşı qadın aktrisa” mükafatını qazandırıb.

Maraqlı süjeti olan bu ekran əsəri Şərqi Anadolunun ucqar kəndində çalışan rəsm müəlliminin başına gələn hadisələrdən bəhs edir.

Sentyabrın 22-də Adanada filmin təqdimatı olacaq.

“Hollivud”da keçirilən tətilin nəticələrindən asılı olaraq, 96-cı “Oskar” mükafatlarının təqdimatı mərasiminin gələn il martın 10-da keçiriləcəyi ehtimal edilir.


Baxış sayı - 310 | Yüklənmə tarixi: 11.09.2023 12:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031