manera.az
manera.az

“Oskar”a namizəd filmlərin siyahısı açıqlandı

“Oskar”a namizəd filmlərin siyahısı açıqlandı
ABŞ-ın Kino Sənəti Akademiyası “Oskar” mükafatına iddiaçıların 10 kateqoriya üzrə siyahısını təqdim edib.

MANERA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, 95-ci mükafatlandırma mərasimi 2023-cü il martın 12-də keçiriləcək.

Məlumata görə, “Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasında mükafata mümkün namizədlərin siyahısına rejissor Daniel Roerin “Navalnı” filmi də daxildir.

Ümumilikdə, 144 sənədli filmdən bu kateqoriyada 15 film seçilib və onlardan yalnız beşi mükafata namizəd olacaq.

Müraciət edənlər arasında Şaunak Senin “Nəfəs alan hər şey”, Marqaret Braunun “Nəsil”, Laura Poytrasın “Bütün gözəllik və qan tökülməsi” və digər filmlər də yer alıb.

“Oskar” mükafatına “Ən yaxşı xarici film” kateqoriyasında 15 film iddialıdır. Bundan başqa, ən yaxşı qısametrajlı sənədli film, qrim və saç düzümü, musiqi, mahnı, qısametrajlı animasiya filmi, qısametrajlı bədii film, səs, vizual effektlər kateqoriyaları üzrə filmlərin namizədliyi irəli sürülüb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728