manera.az
manera.az

III Sumqayıt Kitab Sərgisi keçiriləcək

📅 09.10.2023 16:16

III Sumqayıt Kitab Sərgisi keçiriləcək
13-15 oktyabr tarixlərində III Sumqayıt Kitab Sərgisi keçiriləcək.

MANERA.AZ xəbər verir ki, sərgi ölkənin 30-dan artıq tanınmış nəşriyyatının iştirakı ilə baş tutacaq, satışdakı kitablara müxtəlif faizli endirimlər tətbiq olunacaq.

Kitab bayramında tanınmış ədiblərin, mədəniyyət xadimlərinin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klasslar baş tutacaq. O cümlədən yazıçılar Zahid Xəlil, Varis, Elxan Elatlı, Rövşən Abdullaoğlu da oxucuları ilə görüşəcəklər.

Sərginin ilk günü "Kitabqurdu" I Yay Oxu Marafonunun qalibləri mükafatlandırılacaq. Mərasimdə marafondakı kitabların müəllifləri də iştirak edəcəklər.

Oktyabrın 13-ü ANAİB sədri Şəmil Sadiq "STEAM əsaslı təhsil"dən danışacaq.

Oktyabrın 14-ü dilçi alim Rafiq İsmayılov və Əməkdar jurnalist Qulu Məhərrəmli "Oxu bacarığı: dil bilgisi, yoxsa intellekt göstəricisi?" paneli ilə çıxış edəcəklər.

Müxtəlif personajlarla şəkil çəkdirmək imkanı, fotozonalar və əyləncəli fəaliyyətlər sərgiyə əlavə maraq qatacaq.

Qeyd edək ki, sərgi hər gün saat 10:00-dan 19:00-dək davam edəcək.

Sərgi Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Mədəniyyət Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Giriş sərbəstdir.


Baxış sayı - 354 | Yüklənmə tarixi: 09.10.2023 16:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930