manera.az
manera.az

Uşaq ədəbiyyatı ilə bağlı seminar keçiriləcək

📅 06.04.2023 14:42

Uşaq ədəbiyyatı ilə bağlı seminar keçiriləcək
Aprelin 10-u saat 13:00-da II Uşaq Kitab Festivalı çərçivəsində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə “Azərbaycanda uşaq və tədris ədəbiyyatı: reallıq və perspektivlər” adlı elmi-praktik seminar keçiriləcək.

MANERA.AZ-a ANAİB-dən verilən məlumata görə, elmi-praktik seminarın keçirilməsində məqsəd Azərbaycan uşaq və tədris ədəbiyyatının problem və perspektivlərini müzakirə etmək, həll yolları ilə bağlı təklifləri dinləməkdir.

Elmi-praktik konfransın məruzəçiləri və çıxış edəcəkləri mövzular aşağıdakılardır:

- ANAİB-in sədri, seminarın moderatoru Şəmil Sadiq – “Uşaq ədəbiyyatının bugünkü vəziyyəti”;

- Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu – “Dərslik mətnləri. Oxuyub, anlamaq”;

- Yazıçı Zahid Xəlil – “Uşaq ədəbiyyatında klassizm ənənələri”;

- “Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov – “Azərbaycanda uşaq kitabları beynəlxalq təcrübə kontekstində ”Çap və elektron resurslar: mif və reallıq;

- Nizami adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri Elnarə Akimova – “Tədris vəsaitlərində uşaq ədəbiyyatının yeri və rolu”;

- “Şərq-Qərb” nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlı – “Uşaq ədəbiyyatının nəşrində və inkişafında dövlətin rolu”.

Qeyd edək ki, seminar Bakı İdman Sarayının konfrans zalında baş tutacaq.


Baxış sayı - 367 | Yüklənmə tarixi: 06.04.2023 14:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930