manera.az
manera.az

I Naxçıvan Kitab Sərgisi keçiriləcək

I Naxçıvan Kitab Sərgisi keçiriləcək
13-14 may tarixlərində Naxçıvanda ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ANAİB I Naxçıvan Kitab Sərgisi keçiriləcək.

MANERA.AZ xəbər verir ki, “Naxçıvan” Universitetində baş tutacaq sərgi hər gün 10:00-dan 19:00-a qədər davam edəcək.

Həmişə olduğu kimi zəngin proqrama ev sahibliyi edəcək kitab festivalında tanınmış ədiblər, mentorlar, aktyorlar, qiraətçilər, eləcə də mədəniyyətin digər sahələrində ixtisaslaşmış məşhurlar iştirak edəcək, oxuculara unudulmaz bayram ab-havası yaşadacaqlar.

Sərgidə ölkəmizin ziyalıları ilə görüş, məşhur yazıçıların təqdimat və imza saatları, müxtəlif panellər keçiriləcək. Ən əsası isə minlərlə kitab endirimli qiymətlərlə oxucuların ixtiyarında olacaq.

Bundan əlavə sərgidə görmək istədiyiniz məşhurların – yazıçı, şair, eləcə də ictimai xadimlərin adlarını ANAİB-in sosial media hesablarına yaza bilərsiniz.

Qeyd edək ki, bu sərgi də “Bölgələrə kitabla gedirik!” şüarı altında təşkil olunur.

Giriş sərbəstdir.

Qeyd edək ki, kitab sərgisi “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Naxçıvan Universiteti və Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə baş tutacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031