manera.az
manera.az

Xırdalanda kitab sərgisi təşkil ediləcək

Xırdalanda kitab sərgisi təşkil ediləcək
2-4 iyun tarixlərində Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev adına parkda XI ANAİB Kitab Sərgisi (II Xırdalan Kitab Sərgisi) baş tutacaq.

MANERA.AZ xəbər verir ki, sərgi üç gün ərzində saat 10:00-dan 20:00-a qədər davam edəcək.

Endirimli kitab satışı, əyləncəli şoular, master-klaslar, musiqi saatları, müəlliflərlə görüş, imza və təqdimat mərasimlərinin də baş tutacağı kitab bayramında tanınmış yazıçılar Elxan Elatlı, Rövşən Abdullaoğlu, Ceyhun Hidayətli oxucular üçün kitab imzalayacaqlar.

Təlimçi Cəlalə Nəzəroğlu “Səsini yox, sözünü ucalt” paneli ilə çıxış edəcək.

Bundan başqa qiraətçi Xəzər Süleymanlı, müğənni Röyal Musa və tarzən Ayat Xan da maraqlı performans sərgiləyəcəklər.

Abşeron və Sumqayıt məktəblilərinin təşkil etdiyi tamaşalar, rəqs nömrələri, qiraət saatları, ədiblərimizin, eləcə də nağıl qəhrəmanlarımızın şagirdlər tərəfindən canlandırılan obrazları kitab bayramına maraq qatacaq.

Qeyd edək ki, kitab sərgisi Abşeron-Xızı Regional Təhsil İdarəsi, Abşeron Rayon İcra Hakimiyyəti, Sumqayıt Regional Mədəniyyət İdarəsi və Azərbaycan Nəşriyyatları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
293031