manera.az
manera.az

IV Milli Kitab sərgisi başlayır

📅 19.09.2022 10:18

IV Milli Kitab sərgisi başlayır
IV Milli Kitab Sərgisinin tarixi bəlli olub.

MANERA.AZ xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək sərgi sentyabrın 27-də başlayıb oktyabrın 1-də bitəcək.

Qanun Nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu bu haqda öz sosial media hesabından paylaşaraq bildirib:

"Minlərlə kitabsevər ziyarətçimiz olacaq; Məktəblər, universitetlər; bütün təhsil ocaqları, dövlət təşkilatları və s.

Milli Kitab Sərgisinin əsas iştirakçıları müstəqil nəşriyyatlar, kitabçılar, əl işləri sənətkarları, fiziki məhdudiyyətli insanlardır. Sərgini ziyarət edənlər kitabla yanaşı, məktəbə aid olan ləvazimatları, əl sənət nümunələrini də ucuz qiymətə əldə edəcəklər.

Yazıçılarla imza saatları, poeziya axşamları, kitab və sənət ətrafına müzakirələr sərgiyə xüsusi rəng qatacaq.

Milli Kitab Sərgisinin əsas məqsədi ölkəmizdə kitaba diqqət cəlb etmək, müstəqil nəşriyyat və kitabçılara, milli kitaba dəstək verməkdir".


Baxış sayı - 593 | Yüklənmə tarixi: 19.09.2022 10:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930