manera.az
manera.az

Bütün xalqların sülh və ünsiyyət dili | MANERA.AZ

📅 22.12.2015 11:59

Bütün xalqların sülh və ünsiyyət dili | MANERA.AZ
İordaniyanın NAİ uşaq xoru Yeni İl ərəfəsində Al-Hüseyn Mədəniyyət Mərkəzində təşkil edilən konsertdə Qənbər Hüseynlinin məşhur “Cücələrim” uşaq mahnısını Azərbaycan dilində ifa edib. Gənc İordaniyalı ifaçıların çıxışı gurultulu alqışlarla qarşılanıb.

Xorun dirijoru və rəhbəri Diana Talhaminin sözlərinə görə, xarici mahnılara müraciət etməyin əsas məqsədi İordaniya ictimaiyyətini digər ölkələrin musiqi və mədəniyyəti ilə tanış etməkdir. Diana Talhami deyir: "Musiqi - bütün xalqların sülh və ünsiyyət dilidir".

Diana Talhami Azərbaycan musiqisinə və ümumiyyətlə ölkəmizə xüsusi maraq göstərir. O, digər məşhur Azərbaycan xalq mahnılarını da İordaniyanın NAİ uşaq xoru tərəfindən ifa olunmasını arzulayır.

MANERA.AZ



Baxış sayı - 2 080 | Yüklənmə tarixi: 22.12.2015 11:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31