manera.az
manera.az

“Sevinən ölkəm” adlı tədbir keçirilib | MANERA.AZ

 “Sevinən ölkəm” adlı tədbir keçirilib  | MANERA.AZ

Oktyabrın 18-də Azərbaycan Xalça Muzeyinin (AXM) uşaq muzeyi şöbəsi Müstəqillik Günü münasibətilə “Sevinən ölkəm” adlı tədbir keçirib.

AXM-nin mətbuat xidmətindən MANERA.AZ-a bildirilib ki, tədbirdə uşaq muzeyi şöbəsinin “Uşaq teatrı” dərnəyinin üzvlərinin əl işlərindən ibarət “Sevinən ölkəm” adlı rəsm sərgisi və dekorativ tətbiqi sənət nümunələri nümayiş olunub. Tədbirdə iştirak edən məktəblilər üçün “Mənim müstəqil dövlətim” adlı intellektual oyun təşkil edilib, onlara Müstəqillik Günü ilə bağlı suallar verilib. Uşaq muzeyi şöbəsinin “Naxışlar aləminə səyahət” (milli geyim növləri, xalça elementlərinin təqdim olunması), “Özün toxu” (kilim, palaz toxunmasının nümayişi), “Öz xalçanı yarat” (kompyuterdə naxışlar vasitəsilə xalça kompozisiyalarının yaradılması), “Face-art” (uşaqlarda vətənə sevgisi aşılamaq üçün üz və əllərinə xüsusi boyalarla Dövlət atributlarının təsviri) mövzularında təqdimatları şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir Maisə Əzizovanın bədii rəhbərliyi ilə “Uşaq teatrı” dərnəyinin üzvlərinin ifasında Tofiq Quliyevin “Bakı haqqında mahnı” sı, Nikolay Ostrovskiyin “Qoy, həmişə günəş olsun”, “Arşın mal-alan” operettasından qızların xoru, “Qaynana” filmindən “Biz mehriban ailəyik” və Emin Sabitoğlunun “Siravi Əhməd” adlı musiqi nömrələri ilə davam etdirilib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031