Əməkdaşlıq memorondumu imzalanınb - MANERA.AZ
![]()
manera.az
Bu gün Bakı Slavyan Universtetində “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyi ilə Bakı Slavyan Universteti Tələbə Gənclər Təşkilatı arasında qarşılıqlı əməkdaşlıq haqqında memorondum imzalanıb.
Bakı Slavyan Universtetinin TGT üzvləri, Kölgə Kabinetinin nümayəndələri və digər tələbə təşkilatlarının həmçinin gənc fəalların, İTD İB idarə heyyətinin üzvləri və İqtisad universtetinin fəal tələbələrinin iştirakı ilə keçirilən imzalama mərasimini açıq elan edən təşkilatən Sədr müavini və Gəncə şəhəri üzrə səlahiyyətli nümayəndəsi Elcan Məmmədov təşkilatın son bir ildə gördüyü işlərdən, qarşıya qoyduğu məqsədlərdən və gələcək layhiələri haqqında geniş məlumat verib.![]()
Daha sonra çıxış edən təşkilatın İdarə heyyətinin üzvü və Sədri Səməd Rzazadə Bakı Slavyan Universtetində təşkilatın öz fəaliyyətini daha səmərəli şəkildə davam etdirəcəyini keçiriləcək bütün layhiələrdə birgə iştirak etmək arzusunda olduğunu və təşkilatın gələcək könüllüləri olan Slavyan universtetinin tələbələrinə uğurlar arzuladığını deyib. Sonda çıxış edən BSU TGT Sədri Xəyal Quluzadə tələbələrin dərsdən kənar vaxtının daha maraqlı keçirilməsi eyni zamanda özlərini daha da inkişaf etdirmələri üçün təşkilatın məqsədə uyğun olduğunu qeyd edərək öz minnətdarlığını bildirib. ![]()
Həmçinin Bakı Slavyan Universteti üzrə İTD İB səlahiyyətli nümayəndəsi Universtetin Filologiya fakültəsinin I kurs tələbəsi Misir Paşayev gənclərə təqdim olunub. Sonda isə tərəflər arasında qarşılıqlı memorondum imzalanıb.