manera.az
manera.az

Makedoniyaşünaslığın tədrisinə başlanır | MANERA.AZ

Makedoniyaşünaslığın tədrisinə başlanır | MANERA.AZ

Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Asif Hacıyev Müqəddəs Kirill və Mefodi adına Universitetin rektoru, professor Velimir Stajkovskinin dəvəti ilə Makedoniya Respublikasına işgüzar səfər edib.

Prof. A.Hacıyev Avropanın nüfuzlu təhsil müəssisələrindən sayılan, 60 mindən artıq tələbə kontingentinə sahib bu universitetin rektoru, prorektorları, habelə Filologiya fakültəsinin dekanı və kafedra müdirləri ilə görüşüb.

MANERA.AZ-ın məlumatına görə, görüş çərçivəsində professor Asif Hacıyev Azərbaycanın iqtisadi, sosial-mədəni inkişafı, ölkədə mövcud olan multikultural mühit və bu sahədə aparılan dövlət siyasəti haqqında geniş məlumat verib, Azərbaycanın təhsil sistemi, mövcud layihə və proqramlar, o cümlədən Bakı Slavyan Universitetinin fəaliyyətindən söz açıb. A.Hacıyev BSU-nun tarixi, tədris prosesi və kadr hazırlığı, elmi araşdırmalar, burada fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri, eyni zamanda xarici universitetlərlə əlaqələrindən danışıb.

Azərbaycan haqqında məlumatlı olduğunu bildirən rektor, professor Velimir Stajkovski ölkəmizin sürətli inkişafına böyük dəyər verdiklərini, slavistika üzrə unikal təhsil müəssisəsi və elm mərkəzlərindən olan BSU-nun fəaliyyətini yüksək qiymətləndirdiklərini, əməkdaşlıqda maraqlı olduqlarını və hər iki tərəf üçün səmərəli olacağını qeyd etdi.

Makedoniyaşünaslığın tədrisinə başlanır | MANERA.AZ

İşgüzar görüşdə hər iki universitet rəhbəri BSU-da makedon dili və Makedoniyaşünaslığın, Müqəddəs Kirill və Mefodi adına Universitetdə isə Azərbaycan dili və azərbaycanşünaslığın tədrisinə hazırlıq barədə razılıq əldə ediblər. Gələcək perspektiv layihələr müzakirə olunub, əməkdaşlıq haqqında qarşılıqlı müqavilə imzalanıb. Müqavilədə birgə elmi araşdırılmaların aparılması, elmi tədbirlərin – konfransların və seminarların təşkili, müştərək elmi məcmuələrin və vəsaitlərin nəşri, tərəflərin elmi-metodiki ədəbiyyatla qarşılıqlı təminatı, tələbə və müəllim mübadiləsi nəzərdə tutulur.

Aytəkin Qardaşova






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31