manera.az
manera.az

Xalq rəssamının yubiley sərgisi açılacaq

📅 14.02.2023 11:57

Xalq rəssamının yubiley sərgisi açılacaq
Xalq rəssamı Arif Hüseynovun 80 illik yubileyi münasibətilə fərdi sərgisi açılacaq.

MANERA.AZ xəbər verir ki, sərgi fevralın 17-də Azərbaycan Milli Xalça Muzeyində təşkil olunacaq.

“Azərbaycan nağılı” adlı sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC, Rəssamlar İttifaqı və Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Qeyd edək ki, Arif Hüseynovun əsərləri hazırda Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Moskvada Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi, həmçinin şəxsi kolleksiyalarda saxlanılır.


Baxış sayı - 404 | Yüklənmə tarixi: 14.02.2023 11:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930