manera.az
manera.az

Bakıda gənc rəssamların sərgisi açılacaq

📅 27.01.2022 10:53

Bakıda gənc rəssamların sərgisi açılacaq
Fevralın 1-də Heydər Əliyev sarayında “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində 2 Fevral - Gənclər Günü münasibətilə “AXIN” adlı sərgi açılacaq.

Dövlət Rəsm Qalereyasından MANERA.AZ-a bildirilib ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə reallaşacaq.

Sərgi gənclərin cəmiyyətdəki fəallığının təmin edilməsi, istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir və layihələrdə iştiraklarının dəstəklənməsi, bədii-estetik zövqünün formalaşdırılması məqsədilə təşkil olunacaq.

Sərginin ekspozisiyasında 40 nəfərə yaxın gənc rəssamın rəsm əsəri sərgilənəcək.

Bakıda gənc rəssamların sərgisi açılacaq


Baxış sayı - 640 | Yüklənmə tarixi: 27.01.2022 10:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031