manera.az
manera.az

Bu filmimiz 8 beynəlxalq festivalın qalibi olub

📅 23.01.2023 11:11

Bu filmimiz 8 beynəlxalq festivalın qalibi olub
Müstəqil kinematoqrafçılar tərəfindən istehsal olunan qısametrajlı “Qız qalası” filmi bir neçə nüfuzlu beynəlxalq festivalda ölkəmizi təmsil edərək kino sənayesinin inkişafına öz töhfəsini verib.

MANERA.AZ xəbər verir ki, film İtaliya, Türkiyə, ABŞ, Sinqapur, Rumıniya, Litva, Norveç və Slovakiya kimi ölkələrdə müxtəlif festivallarda qalib olub.

Hər bir insan həyatında heç olmasa bir dəfə ruh əkizinə - “öz adamına” rast gəlir. Lakin qərarsızlıq və yaxud cəmiyyətin yaratdığı yeni münasibət normaları, heç kəsdən geri qalmamaq istəyi o adamı bizə görməyə imkan vermir. Bəzən özümüz də beynimizdə yaratdığımız səhv idealın dalınca qaçıb rast gəldiyimiz həmin adama önəm vermirik.

“Qız qalası” filminin süjeti ayrı şəxsi münasibətləri olan iki fərqli insanın təsadüfən tanış olmasından bəhs edir. Tanışlıq əsnasında hər biri anlayır ki, həmin o “öz adamına” rast gəlib.
Bu filmimiz 8 beynəlxalq festivalın qalibi olub
Film boyunca qəhrəmanlar seçim etməlidir: ya hər şeyi olduğu kimi saxlayıb geri dönmək, ya da “öz adamı” ilə hər birinin daxildə arzusunda olduğu yeni münasibətlərə başlamaq…

Filmin rejissoru və ssenari müəllifi Mehdi Ağayev, quruluşçu operatoru Delee, quruluşçu rəssamı Şahin Həsənli, montajçısı Əsgər Rəhimov, musiqisi isə Sevda Ələkbərzadə, Emma Ələkbərzadə və Raufa məxsusdur. Baş rolları Könül Cəfərzadə, Türkay Cəfərli və Kamran Ağabalayev ifa ediblər. Prodüserlər Mehdi Ağayev, Fariz Əhmədov, Emil Nəcəfov və Orxan Dadaşovdur.

Qeyd edək ki, müasir cəmiyyətdə mövcud olan problemləri kino dili ilə üzə çıxaran filmin Azərbaycanda premyerası 2023-cü ilin fevral ayında keçiriləcək.


Baxış sayı - 279 | Yüklənmə tarixi: 23.01.2023 11:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031