manera.az
manera.az

Bakıda Beynəlxalq Qısa Filmlər Festivalı başlayıb - Fotolar

Bakıda Beynəlxalq Qısa Filmlər Festivalı başlayıb - Fotolar
Noyabrın 19-da Nizami Kino Mərkəzində 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalının (BQFF) açılış mərasimi olub.

Manera.az xəbər verir ki, əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində “CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamiyev çıxış edərək bildirib ki, mərkəz festivalın daha geniş tanınmasında 12 ildir çalışır. O, əminliyini ifadə edib ki, noyabrın 23-dək davam edəcək festivalda tamaşaçılar bir-birindən maraqlı filmləri izləyəcəklər. Festivalda yer alan yerli və xarici qısa filmlər 5 gün müddətində saat 12:00-dan Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Festivalın əhəmiyyətindən söz açan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib ki, təmsil etdiyi qurum kinonun inkişafına xüsusi diqqət yetirir: "Mədəniyyətin vacib sahələrindən biri olan kino gəlirli bir sahədir. Kino mədəniyyətin inkişaf mərhələsinin göstəricilərindən biridir. Bu istiqamətdə Azərbaycan Kino Agentliyinin yaradılmasının son mərhələsindəyik. Gələn il festivalı daha geniş keçirmək niyyətindəyik. Biz istəyirik ki, bu festivallar ölkəmizdə kino sənayesinin inkişafına öz töhfəsini versin".

Bildirilib ki, festivala 76 ölkədən 3217 qısa film göndərilib. Bunlardan 82 film yerli müsabiqəyə təqdim edilib.

Seçim Komissiyasının qərarına əsasən 18 ölkəni (İspaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, Belçika, İran, Rusiya, Portuqaliya və digərləri) təmsil edən 30 film festivalın beynəlxalq, 26 film isə yerli müsabiqədə iştirak hüququ qazanıb.

Qaliblərin mükafatlandırılması mərasimi noyabrın 23-də Nizami Kino Mərkəzində keçiriləcək.

Kann, Venesiya, Berlin Film festivallarında, Oskarda mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü film festivalıdır.

Bakıda Beynəlxalq Qısa Filmlər Festivalı başlayıb - Fotolar
Bakıda Beynəlxalq Qısa Filmlər Festivalı başlayıb - Fotolar
Bakıda Beynəlxalq Qısa Filmlər Festivalı başlayıb - FotolarБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930