manera.az
manera.az

Filmimiz beynəlxalq festivalda

Filmimiz beynəlxalq festivalda
Rejissor Rəşid Ağamalıyevin “Züleyxa ilə dialoqlar” sənədli filmi CinéDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının “Special Screening” adlı bölməsində nümayiş olunacaq. 2013-cü ildə yaranan CinéDOC-Tbilisi Qafqazın ən böyük sənədli film festivalı sayılır.

Manera.az xəbər verir ki, 2019-cu ildə çəkilən “Züleyxa ilə dialoqlar” qısametrajlı sənədli filmi azərbaycanlı peşəkar pianoçu və şəfaçı Züleyxa Abdullayeva haqqındadır. Onun xəstəsi olmuş gənc rejissor Rəşid Ağamalıyev tamaşaçıları musiqi terapiyası sənətinə səmimi bir səyahətə dəvət edir.

Praqada yerləşən İncəsənət Akademiyasının Kino və televiziya fakültəsinin dəstəyi ilə çəkilən film Azərbaycan, türk və ingilis dillərindədir.

Filmin rejissor və prodüseri Rəşid Ağamalıyev, operatorları Nina Şçamborova (Slovakiya), Raaşi Metkari (Hindistan), montajçı Xorxe Sançes (İspaniya), səs operatorları Berk Tuğçu (Türkiyə), Yuras Karaka (Belarus), rəng üzrə mütəxəssis Yan Vlnas (Çexiya), qrafik dizayneri Nəzrin Ağamalıyeva (Azərbaycan), layihə koordinatoru Durna Səfərovadır (Azərbaycan). Filmin çəkilişlərində Züleyxa Abdullayeva (Türkiyə), Vidhi Mehrota (Hindistan), Rəşid Ağamalıyev (Azərbaycan) iştirak ediblər.

Qeyd edək ki, 2020-ci ilin yanvarın 15-də YARAT Müasir İncəsənət Mərkəzində “Züleyxa ilə dialoqlar” sənədli filminin premyerası keçirilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031