"Nar bağı" filmi “Didor”un qalibi oldu

İran rejissoru Möhsen Məxməlbaf tərəfindən əsası qoyulmuş “Didor” Beynəlxalq Film Festivalı regionun nüfuzlu festivallarındandır. Tacikistan paytaxtı Düşənbə şəhərində keçirilən builki 8-ci festivalda Azərbaycanı İlqar Nəcəfin “Nar bağı” filmi təmsil edib.
Okyabrın 21-i festivalın yekunları elan edilib. “Nar bağı” “Ən yaxşı bədii film” nominasiyasında Qran-pri-nin qalibi olub. Filmi festivalda təmsil edən ssenari həmmüəllifi Asif Rüstəmov filmin tamaşaçılar və mütəxəssislər tərəfindən öyük maraqla qarşılandığını bildirib.
Qeyd edək ki, “Nar bağı” filmi ilk dəfə Azərbaycandan Avropa Kino Akademiyasının nüfuzlu “Felix”mükafatına da namizədlər sırasındadır.
Eyni zamanda film heyəti Hanoya Beynəlxalq Film Festivalında ( Vyetnam Respublikası) təmsil etmək üçün hazırlaşır.
Xatırladaq ki, "Nar bağı" bu vaxta qədər Malatya Beynəlxalq Film Festivalı, Listopad Beynəlxalq Film Festivalı, Avroasiya Beynəlxalq Film Festivalının mükafatlarıın qalibi olub. Filmin dünya premyerası isə Karlovı Varı Beynəlxalq Film Festivalında baş tutmuşdu.
***
Filmin ssenari həmmüəllifləri İlqar Nəcəf, Asif Rütəmov, Roelof Minnebodur. Quruluşçu operator Ayhan Salar, bəstəkar Firudin Allahverdi, quruluşçu rəssam Rafiq Nəsirov, prodüserlər Müşfiq Hətəmov və İlqar Nəcəfdir.
Film Mədəniyyət Nazirliyinin sifarişilə “Azərbaycanfilm” və “Butafilm” kino şirkətlərinin birgə istehsal edilib.