manera.az
manera.az

Sabir Yusifoğlu vəfat etdi

📅 27.09.2022 21:38

Sabir Yusifoğlu vəfat etdi
Tanınmış şair Sabir Yusifoğlu vəfat edib.

Bu barədə şairin oğlu şair Emin Piri məlumat verib.

S. Yusifoğlu “Dünya ilə heç-heçəyəm”, “Dünyanı özümlə aparmıram ki…”, “Yaşamağa bəhanə çox” və “Mənə bir məktub göndər” şeir kitablarının müəllifidir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür.

Allah rəhmət eləsin!

Mənə bir məktub göndər

Susuzluqda su təki,
Bəlkə, yadına düşəm.
Mənə bir məktub göndər
Bilim ki, ölməmişəm.

Səndən başqa bilən yox,
Dərdimə bir dərman yaz.
İki kəlmə nədi ki,
Ay gözünə qurban, yaz.

Çox yox, bir varaq göndər,
Vaxtın yoxsa, ağ göndər,
əllərinin izini
evimə qonaq göndər.

Bilim harda solursan,
ay gülüm, ay bənövşəm.
Mənə bir məktub göndər,
Bilim ki, ölməmişəm.


Baxış sayı - 817 | Yüklənmə tarixi: 27.09.2022 21:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031