manera.az
manera.az

“Şəhriyar və zəmanəmiz” - YENİ NƏŞR | MANERA.AZ

📅 27.11.2015 14:02

“Şəhriyar və zəmanəmiz” - YENİ NƏŞR | MANERA.AZ
manera.az

“Şəhriyar və zəmanəmiz” adlı kitab çapdan çıxıb

Kitabda Şəhriyarın fəlsəfi dünya duyumunun əsas aspektləri, çağdaş dövrün mahiyyəti və səciyyəsi ilə bağlı özünəməxsus görüşləri açıqlanıb

Tanınmış şərqşünas və tərcüməçi, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu İran filologiyası şöbəsinin müdiri Məsiağa Məhəmmədinin “Şəhriyar və zəmanəmiz” adlı yeni kitabı çapdan çıxıb.

"Report" xəbər verir ki, kitaba alimin dahi söz ustadı Məhəmmədhüseyn Şəhriyar (1906-1988) yaradıcılığına dair müxtəlif illərdə yazdığı məqalələri, eləcə də şairin Mövlana Cəlaləddin Rumiyə həsr olunan irihəcmli şeirinin fars dilindən filoloji tərcüməsi daxil edilib.

Kitabda Şəhriyarın fəlsəfi dünya duyumunun əsas aspektləri, çağdaş dövrün mahiyyəti və səciyyəsi ilə bağlı özünəməxsus görüşləri açıqlanıb, onun XX əsr İran şeirində müstəsna yerini şərtləndirən amillər müəyyən edilib. Şəhriyar poeziyasının tərcüməsi məsələləri də kitabda geniş yer tutub.


Baxış sayı - 1 768 | Yüklənmə tarixi: 27.11.2015 14:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031