“Könüllər şairi” - YENİ NƏŞR | MANERA.AZ
![]()
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 100 aforizmindən ibarət “Könüllər şairi” kitabı çapdan çıxıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, kitabda dahi şairin hikmətli kəlamları üç dildə - Azərbaycan, rus və ingilis dillərində verilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə kitaba “Filosof şairin ölməz kəlamları” başlıqlı “Ön söz” yazıb.
Nəşrin tərtibçisi mərhum professor Rüstəm Əliyev, redaktoru Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.