manera.az
manera.az

Ustad Şəhriyarın anım mərasimi keçirilib - MANERA.AZ

📅 17.09.2015 10:43

Ustad  Şəhriyarın anım mərasimi keçirilib - MANERA.AZ

Sentyabrın 16-da Tehranın “Şəfəq” Mədəniyyət Mərkəzində ustad şair Məhəmmədhüseyn Şəhriyarın anım mərasimi keçirilib.

Tədbirdə İranın tanınmış şairləri, yazıçıları, mədəniyyət xadimləri və dövlət rəsmiləri iştirak ediblər.

Tədbir iştirakçıları şairin həyat və yaradıcılığından, poeziyaya verdiyi töhfələrdən danışıblar. Şairin yeni çəkilmiş portreti də mərasim iştirakçılarına təqdim olunub.

Qeyd edilib ki, fars və Azərbaycan dillərində şeirlər yazan M.Şəhriyar dünyanın klassik şairləri arasında mühüm yer tutur.

M.Şəhriyar 1988-ci ildə - ömrünün 83-cü ilində Tehranın “Mehr” xəstəxanasında ürək çatışmazlığından dünyasını dəyişib, Təbriz şəhərindəki şairlər məzarlığında torpağa tapşırılıb.

Şairin xatirəsinin əbədiləşdirilməsi məqsədilə onun vəfatı günü İranda “Şeir günü” kimi qeyd edilir.


Baxış sayı - 1 724 | Yüklənmə tarixi: 17.09.2015 10:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031