manera.az
manera.az

"Min bir gecə" baleti Bolqarıstan səhnəsində

"Min bir gecə" baleti Bolqarıstan səhnəsində
Mayın 31-də Sofiya Opera və Balet Teatrında dahi bəstəkar Fikrət Əmirovun "Min bir gecə” baleti səhnələşdirilib.

Xarici İşlər Nazirliyindən MANERA.AZ-a bildiriblər ki, Azərbaycanın Bolqarıstandakı səfirliyi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə keçirilən qala balet gecəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Bolqarıstanın xarici işlər naziri Teodora Gençovska, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Bolqarıstan rəsmiləri, bu ölkədəki diplomatik korpusun nümayəndələri, çoxsaylı qonaqlar iştirak ediblər.

Gecənin açılışında çıxış edən nazir Ceyhun Bayramov müsəlman Şərqində ilk demokratik respublikanın 1918-ci ildə elan edilən Azərbaycan Xalq Cümhuriyyəti olduğunu, 1991-ci ildə ölkəmizin müstəqilliyini bərpa etdiyini və üç onillik ərzində böyük inkişaf yolu keçdiyini qeyd edib. O, Azərbaycanın multikulturalizm ənənələrinə hər zaman sadiq olduğunu və bu gün nümayiş etdirilən baletin də məhz Azərbaycan və Bolqarıstan sənətçilərinin birgə layihəsi kimi multikulturalizm nümunəsi olduğunu bildirib.

Nazir T.Gençovska Azərbaycanı Müstəqillik Günü və diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edib və balet qala gecəsinin təşkilinin, eyni zamanda, mədəniyyət sahəsində ikitərəfli münasibətlərin inkişafına töhfə olduğunu bildirib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva 100 illik yubileyini qeyd etdiyimiz Fikrət Əmirovun yalnız Azərbaycanın deyil, bütün türk dünyasının dahi bəstəkarı olduğunu deyib, balet qalasının həm də türk mədəniyyətinin təşviqi baxımından əhəmiyyətini vurğulayıb.

Dirijor Eyyub Quliyevin rəhbərliyi ilə Eldar Əliyevin xoreoqrafiyası əsasında səhnələşdirilən baletdə bolqar balet rəqqasları izləyicilərə unudulmaz anlar yaşadıblar.

"Min bir gecə" baleti Bolqarıstan səhnəsində
"Min bir gecə" baleti Bolqarıstan səhnəsində
"Min bir gecə" baleti Bolqarıstan səhnəsindəБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 1234
567891011
12131415161718
19202122232425
2627282930