manera.az
manera.az

“Yay gecəsində yuxu” baleti oynanılacaq

📅 27.09.2018 13:05

“Yay gecəsində yuxu” baleti oynanılacaq
Oktyabrın 9-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Feliks Mendelson Bartoldinin “Yay gecəsində yuxu” ikihissəli baleti nümayiş etdiriləcək.

MANERA.AZ teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Oberon obrazını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov canlandıracaq.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet, Ukrayna Milli Akademik Opera və Balet teatrlarında çalışıb. 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.


Baxış sayı - 1 268 | Yüklənmə tarixi: 27.09.2018 13:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031