manera.az
manera.az

“Bir millət, iki dövlət” adlı sərgi açılıb

“Bir millət, iki dövlət” adlı sərgi açılıb
Türkiyənin Azərbaycandakı səfirliyində türkiyəli gənc rəssam Alp Gürhan Yalçınerin karikaturalarından ibarət “Bir millət, iki dövlət” adlı sərgisi açılıb.

MANERA.AZ xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə reallaşan sərgidə rəsmi şəxslər, deputatlar, mədəniyyət xadimləri iştirak ediblər.

Sərginin açılışında çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbəri olduğu qurumun üzv dövlətlərindən olan Azərbaycan və Türkiyə arasında tarixi-mədəni münasibətlərdən danışıb. Günay Əfəndiyeva türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Nə mutlu türküm deyənə” və Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarının müasir dövrdə iki qardaş respublika arasında münasibətlərin məzmununu və yönünü aydın göstərdiyini bildirib. O, Azərbaycan və Türkiyə qardaşlıq əlaqələrinin bu gün iki ölkənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla inkişaf etdirildiyini xüsusi vurğulayıb. İki ölkə arasındakı bağlılığın yaradıcı nəslə ilham verdiyini söyləyən Günay Əfəndiyeva gənc rəssam Alp Gürhan Yalçınerin “Bir millət, iki dövlət!” adı altında çəkdiyi silsilə rəsmlərin belə sənət əsərlərindən olduğunu qeyd edib.
“Bir millət, iki dövlət” adlı sərgi açılıb
Sərgidə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyi bildirib, ikitərəfli əməkdaşlığın yalnız regionda deyil, onun hüdudlarından kənarda da sülh və inkişafın təmin olunmasına xidmət etdiyi vurğulayıb. İki ölkənin mədəni əlaqələrindən söz açan nazir ortaq türk mədəniyyətinin inkişafında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rolunu xüsusi vurğulayıb, təşkilatın həyata keçirdiyi layihələrin əhəmiyyətindən söz açıb.
“Bir millət, iki dövlət” adlı sərgi açılıb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib. Türkdilli ölkələr arasında mədəni əlaqələrin vacibliyini vurğulayan nazir bu istiqamətdə fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun beynəlxalq aləmdə uğurla təmsil olunduğunu diqqətə çatdırıb.

Sonda gənc rəssam Alp Gürhan Yalçıner çıxış edərək iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərini uşaqların gözü ilə rəsm əsərlərində göstərməyə çalışdığını qeyd edib və yaradıcılığına göstərilən diqqətə görə sərginin təşkilatçılarına təşəkkür edib.

“Bir millət, iki dövlət” adlı sərgi açılıb
“Bir millət, iki dövlət” adlı sərgi açılıbБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31