manera.az
manera.az

“Min bir gecə” baleti Rusiyada nümayiş olunacaq

📅 11.01.2022 10:28

“Min bir gecə” baleti Rusiyada nümayiş olunacaq
Yanvarın 22-23-də dünyaca məşhur Mariinski Teatrının yeni səhnəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə “Min bir gecə” baleti nümayiş olunacaq.

Mədəniyyət Nazirliyindən MANERA.AZ-a verilən məlumata görə, tamaşa Mariinski Teatrının Primorsk səhnəsinin heyətinin ifasında təqdim ediləcək.

Bu quruluşda “Min bir gecə” baleti ilk dəfə 2020-ci ildə teatrın bədii rəhbəri və baş direktoru, dünya şöhrətli dirijor Valeri Gergiyevin dəvəti ilə səhnələşdirilib. Tamaşanın quruluşunu Rusiyada yaşayan həmyerlimiz, tanınmış baletmeyster, Mariinski Teatrının Primorsk səhnəsinin balet truppasının bədii rəhbəri Eldar Əliyev həyata keçirib.

Onu da qeyd etmək lazımdır ki, “Min bir gecə” baleti 2020-ci ildə “Mariinski. Vladivostok” V Beynəlxalq Festivalın açılış günü nümayiş olunub.


Baxış sayı - 770 | Yüklənmə tarixi: 11.01.2022 10:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031