75-ci Kann Festivalının qalibləri bəlli oldu

75-ci Kann Film Festivalının mükafatlandırma mərasimi keçirilib, qaliblər açıqlanıb.
MANERA.AZ xəbər verir ki, 21 film arasında 12 gün davam edən rəqabətə son qoyulub.
Mərasimə “Benedetta” serialının ulduzu Vircinie Efira aparıcılıq edib.
Gecədə Ruben Estlund “Kədər üçbucağı” filmi ilə “Qızıl Palma” mükafatına layiq görülüb.
“Ən yaxşı rejissor” nominasiyasının qalibi rejissor Çan Vuk Park, “Ən yaxşı ssenari” isə “Cənnətdən gələn oğlan” filminə görə Tarik Salehə təqdim edilib.
İranlı aktrisa Zər Əmir İbrahimiyə “Müqəddəs hörümçək” filminə görə “Ən yaxşı aktrisa” nominasiyasının qalibi olub. “Ən yaxşı aktyor” isə Sonq Kanq Ho seçilib.
75-ci Kann Film Festivalının münsiflər heyətində Vinsent Lindon, britaniyalı Rebeka Hall, hindistanlı aktrisa Deepika Padukone, isveçli Noomi Rapace, italyan Jasmine Trinca, iranlı kinorejissor Əsgər Fərhadi, fransalı Ladj Ly, amerikalı Ceff Nikols yer alırdı. /teleqraf.com/